İctimai nəqliyyat
1. Şəhərin mərkəzi küçələrində yalnız ictimai nəqliyyatın hərəkət edəcəyi xüsusi zolaqlar ayrılmışdırmı (b.a. Bus Lane)?Qeyd

2016-cı ildə Tısbağa Gölünün döngəsindən Vake parkına qədər, Qorqasali küçəsində və Ağmaşenebeli prospektində ictimai nəqliyyat üçün zolaqlar çəkilmişdir. Xüsusi zolaqda hərəkət yalnız ictimai nəqliyyat üçün icazə verilir və başqa nəqliyyat üçün hərəkət məhduddur.

2. İctimai nəqliyyat olmalıdırmı (marşrut avtobusu və mikroavtobus) İctimai nəqliyyat özəlləşdirilməlidirmi (marşrut avtobusları və mikroavtobus)?Qeyd

Özəlləşdirmə dövlət əmlakının özəl mülkiyyətə keçirilməsidir. Hesab edilir ki, özəlləşdirmə şirkətin işini daha effektiv edir.

Tbilisidə bütün ictimai nəqliyyat dövlət əmlakındadır, marşrut mikroavtobuslarından başqa. 2011-ci ildə təməli qoyulan “Tbilisi mikroavtobusları” MMC Tbilisi meriyası tərəfindən elan edilmiş müsabiqədə qələbə çalmış dörd şirkəti -  “Tbil layn” MMC, “Kapital Qrup” MMC, “Pablik Kar” və “Tbil Kar” MMC-ni idarə edir. Qeyd edilən şirkətlər iyirmi il müddətində Tbilisi inzibati hüdudlarında sərnişinlərin daşınması icazəsini əldə etmişlər.

3. Şəhərdə marşrut mikroavtobusları ilə sərnişin daşınması qadağan edilməlidir və ya yox?
4. İctimai nəqliyyatla gediş hamı üçün pulsuz olmalıdır?
Urban inkişaf
5. Yüksəkmərtəbəli binaların tikintisinə icazə verilmə proseduru mürəkkəbləşdirilməlidirmi?
6. Piyada gəzənlər üçün metal yerüstü keçid körpüləri ləğv edilməlidirmi?
7. Şəhərdə nəqliyyat vasitələrinin parketmə hərəkəti üzrə səlahiyyət özəl şirkətin əlində olmalıdırmı?Qeyd

Tbilisidə nəqliyyat vasitələrinin parketmə hərəkətini 2007-ci ildən “Si-Ti park”MMC özəl şirkəti həyata keçirir.

8. Şəhərin büdcəsindən Tbilisoba və Yeni il şənliklərinin qeyd edilməsi üçün maliyyə ayrılmalıdırmı?Qeyd

2016-cı ildə Yeni il şənliklərini qeyd etmək üçün Tbilisi meriyası büdcəsindən təxminən 3 milyona qədər lari ayrıldı, Tbilisoba üçün isə - 2 milyona qədər lari.

9. Səkilərdə ayrılmış parketmə yerləri ləğv edilməlidirmi?
10. Zooparkın Tbilisi dənizi yaxınlığındakı əraziyə köçürülməsinə razısınızmı?
11. “Tbilisi panoraması” tikilməlidirmi?Qeyd

Bidzina İvanişvili tərəfindən əsası qoyulmuş „Tbilisi panoraması” “Həmsərmayeçilər Fondu” tərəfindən təşəbbüs edilmiş bir layihədir ki, Sololak yüksəkliklərində mehmanxanaların, Erekle və Azadlıq meydanlarında isə - biznes mərkəzlərin tikintisini nəzərdə tutur. Qeyd edilən məhəllələr bir-biri ilə kanat yolları ilə birləşirlər. Şəhərin mərkəzi və onun kənarlarında əlavə olaraq 1800 avtomobil üçün nəzərdə tutulmuş yeraltı avtomobil dayanacağının quraşdırılması da nəzərdə tutulur. Layihənin əvvəlcədən ümumi büdcəsi yarım milyard dolları ötüb keçir. Qeyd edilən layihəyə əhalinin bir hissəsi etirazını bildirdi, çünki onların düşündüklərinə görə, “Tbilisi panoraması” şəhərin şəklini pis tərəfə dəyişəcəkdir.

12. Kote Apxazi (keçmiş Leselidze) küçəsində avtomobil nəqliyyatının hərəkəti qadağan edilməlidirmi ki, piyadalar üçün, o cümlədən turistlər üçün daha çox yer qalsın?
13. Skverlərin/parkların özəlləşdirilməsini dəstəkləyirsinizmi?
14. İpodrom ərazisi özəlləşdirilməlidirmi?
Sosial-iqtisadi məsələlər
15. Bütün sosial cəhətdən aztəminatlı şəxslər munisipal yeməkxanaların xidmətindən faydalanmalıdırlar və ya yox?Qeyd

2016-ci ildə pulsuz munisipal yeməkxanalar üçün Tbilisi büdcəsindən təxminən 14.5 milyon lari xərclənmişdir. Qeyd edilən xidmətdən yalnız sosial cəhətdən aztəminatlı şəxslər faydalana bilərlər. 2016-cı ildə 36 minə qədər şəxs bu xidmətdən faydalanmış, amma sözügedən məbləğ yetərli olmamışdır ki, bütün könüllülərin tələbatını ödəsin. 5 minə qədər sosial cəhətdən aztəminatlı şəxs növbədə duranların sırasındadır.

16. Dövlət məktəbəqədər yaşlı uşaqların təhsil xərclərini tamamilə ödəməlidirmi?Qeyd

Hal-hazırda Tbilisi büdcəsindən yalnız məktəbəqədər yaşlı uşaqlar üçün ictimai müəssisələrdə qeydiyyatdan keçmiş uşaqların təhsil xərcləri tam maliyyələşdirilir. 2017-ci ildə Tbilisi büdcəsindən bu məqsədlə 95 milyon lari vəsait ayrılmışdır.

17. Dövlət təbii küçə ticarətinin qarşısını almalıdırmı?
18. Şəhər büdcəsindən idman klubları maliyyələşdirilməlidirmi (məsələn, futbol, basketbol, raqbi klubları)?Qeyd

Peşəkar idman klubu Tbilisi şəhərinin büdcəsindən hal-hazırda maliyyələşdirilmir.  

19. Şəhər büdcəsindən sosial yaşayış binasının tikintisi maliyyələşdirilməlidirmi? Qeyd

Evsiz-eşiksizlər üçün Tbilisi şəhərində hal-hazırda 3 sosial yaşayış yeri fəaliyyət göstərir və bunlardan da 77 ailə faydalanır. Bununla belə, ailələrin yeni sosial yaşayış binasına köçürülməsi  davam edir və bu da 75 ailə üçün nəzərdə tutulmuşdur.  Eləcə də Tbilisi munisipalitetinin meriyası və “RSP-40” MMC arasında 2014-cü ilin dekabrın 12-də müqavilə imzalanmışdır ki, bunun çərçivəsində də şirkət Tbilisidə Böyük Lilo kəndində evsizlərin sığınacaqları üçün inşaat işlərini keçirmişdir. Qeyd edilən işlərin dəyəri təxminən 1,5 milyon larini təşkil etmişdir.

20. Dini qurumlar şəhər büdcəsindən maliyyələşdirilməlidirlərmi?Qeyd

2016-ci ildə Tbilisi büdcəsindən dini qurumlar üçün təxminən 1,5 milyon lari məbləğ ayrılmışdır
(inşaat və abadlıq işləri, inşaat materiallarının alınması)