Layihə haqqında

Chemikhma.ge Beynəlxalq Şəffaflıq - Gürcüstan tərəfindən yaradılmış internet səhifədir və onun məqsədi 2017-ci il Tbilisi merinin seçkilərində onlar üçün istənilən seçimin edilməsində Gürcüstan vətəndaşlarına  köməyin göstərilməsidir. 

İctimai siyasətlə bağlı 20 qapalı suallardan ibarət internet səhifəsinə xüsusi anket yerləşdirilmişdir. Eləcə də Gürcüstanda fəaliyyət göstərən 6* namizəd bu suallara cavab verdi.

Seçicinin imkanı var ki, eyni anketi doldursun və başa düşsün ki, hansı Tbilisi merliyinə namizədin fikirləri onun üçün daha yaxındır. Hər bir suala cavab verildiyindən sonra internet səhifə istehlakçıya nəticəni göstərir ki, hansı Tbilisi merliyinə namizədlə onun faiz payı necədir.  Faiz payı isə növbəti qaydada hesablanır: konkret sual üzrə internet səhifənin istehlakçısı və Tbilisi merliyinə namizədin cavabları tam eyni olduğunda, bu sualda namizədə 100% verilir. Seçici və namizədin cavabları tam eyni olmadığında, amma oxşar olduğunda, namizədə 75% verilir. Seçici və namizədin cavabları bir-birindən çox fərqlənirsə, namizədə 0% verilir. Məsələn, növbəti sualı və ona ehtimal cavabları götürək:

Dövlət  təbii küçə ticarətinin qarşısını almalıdırmı?

a) Bəli;

b) Xeyr;

c) Bəli, yalnız küçə alverçiləri alternativ sahəyə keçməyə razılaşdıqları halda.

Tutaq ki, merliyə namizəd bu suala “a” (Bəli) cavabını verdi. İnternet səhifənin istehlakçısı eyni suala “a” cavab verdiyi halda, bu sual üzrə seçici ilə namizəd 100% uyğundur. Seçicinin cavabı “c” olduğunda (Bəli, yalnız küçə alverçiləri alternativ sahəyə keçməyə razılaşdıqları halda), bu onu bildirir ki, onun və partiyanın cavabları tam olmasa da, qismən uyğundur. Bu halda seçicinin partiyası ilə 75% uyğun olacaq, seçici “b” (xeyr) dediyində, cavabların uyğunluğu 0% olacaqdır.

Anket tam doldurulduqdan sonra bütün sualların nəticələri ümumiləşdirilir və alınan rəqəm 20-ə bölünür, yəni sualların sayına və bunun nəticəsində də internet səhifə istehlakçısı və merliyə namizədlər arasında orta faiz payı hesablanır.

* 6 namizəd cavab verdi:

  • Aleksandre Elisaşvili  - Təşəbbüs qrupu
  • Qiorqi Vaşadze – Seçki bloku “Qiorqi Vaşadze – Yeni Gürcüstan birliyi”
  • Kaxa Kukava – Seçki bloku „Dimitri Lortkipanidze, Kaxa Kukava- Demokratik hərəkat-Azad Gürcüstan”
  • Zaal Udumaşvili – Seçki bloku „Vahid Milli Hərəkat”
  • Tengiz Şerqelaşvili -  „Quruculuq Hərəkatı”
  • #2 Elene Xoştaria – Seçki bloku „Bakradze, Uqulava – Avropa Gürcüstanı”

Eləcə də anket iki namizədə də göndərilmişdi – İrma İnaşviliyə, Kaxa Kaladze və Qiorqi Quqavaya. Amma onlar cavablarını təqdim etmədilər.